Fuad Muradov Şəmkirdə keçirilən turnirin beynəlxalq əhəmiyyətindən danışdı -

Fuad Muradov Şəmkirdə keçirilən turnirin beynəlxalq əhəmiyyətindən danışdı

“Synergy Group”un təşkilatçılığı ilə Şəmkirdə Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilir. Şahmat yarışı 10 gün davam edəcək.
Milli Məclisin deputatı Fuad Muradov açıqlamasında turnirinin beynəlxalq əhəmiyyətindən danışıb. “Şəmkir rayonunda “Synergy Group” un təşkilatçılığı ilə Avropa çempionu, dünyanın aparıcı şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinə start verilib. Şahmat turnirinin açılış mərasimində mən də iştirak etdim. Şəmkirdə keçirilən şahmat tədbiri çox böyük tədbirdir. Həm Şəmkir rayon icra hakimiyyətinə, həm “Synergy” qrupa, həm də Şəmkir rayon Gənclər İdman İdarəsinə təşəkür edirəm. Belə bir tədbirin Şəmkirdə keçirilməsi Azərbaycanın idman ölkəsi kimi artıq qəbul edilməsi deməkdir”.
Deputat Şəmkirdə keçirilən şahmat turnirinin beynəlxalq əhəmiyyətindən də danışıb.
“Şahmat yarışı 100-dən çox ölkədə yayımlanırdı. Həmin tədbirdə Vüqar Həşimovun da ailəsi iştirak edirdi. Vüqar şahmatçı olaraq qeyri-adi istedada malik idi. Şəmkir rayonunda ikinci dəfədir ki, belə bir tədbir keçirilir. Keçən il də həmin tədbirdə iştirak etmişdim.
Qeyd edim ki, Şəmkirin şahmat paytaxtı olması çox yaxşı haldır. Hal-hazırda, Şəmkirdə davam edən şahmat turnirinə dünya şahmat federasiyasının prezidenti də qatılmışdı. Bu onu göstərir ki, Azərbaycanın son illər həyata keçirdiyi siyasət öz bəhrəsini verir. Artıq dünya xəritəsində Şəmkir şəhərinin də var. Bu dəfə Şəmkir rayonunu dünyaya tanıtdıq. Son illər Şəmkirdə görülən işlər bunu sübut edir.
Yarışda bizdən 10 şahmatçı iştirak edir. 10 şahmatçımızın 6-sı dünyanın ən güclü şahmatçıları sırasındadır. Çox maraqlıdır ki, həmin ərəfədə Ermənistanda da şahmat yarışı keçirilir. Buna baxmayaraq Vüqar Həşimova hörmət əlaməti olaraq güclü şahmatçılar Şəmkir şəhərini seçib Azərbaycana gəliblər”.
Qeyd edək ki, Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri Aprelin 16-da Heydər Əliyev Mərkəzində başlayıb. Turnir davam edir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !