Binəqədi rayonunda Azərbaycan Könüllülük Xidməti çərçivəsində beynəlxalq təlimçinin seminarı keçirilib - FOTO

Binəqədi rayonunda “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində beynəlxalq təlimçinin seminarı keçirilib FOTO

 “Azərbaycan Könüllülük Xidməti” (AKX) Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə “Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol!” seminarı təşkil olunub. Seminarın mövzuları “SALTO EECA” Resurs Mərkəzinin beynəlxalq təmsilçisi Natalya Nikitina tərəfindən tədris olunub. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən seminarda 200-dən çox namizəd arasından seçilmiş 50 gənc iştirak edib.

Seminar Avropa Könüllülük Xidməti və Avropa Birliyinin "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsi həyata keçirmək, həmçinin iştirakçıların Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS) ilə Avropa ölkələrində könüllü olmaq imkanı əldə etməsi məqsədi ilə həyata keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə təşkilatın beynəlxalq əlaqələrindən bəhs edib, təşkilatın Avropa Gənclər Forumu, Avropa Şurası və BMT-in gənclər proqramlarıda fəaliyyəti, Afrika və Şərqi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrindən danışıb. O, qeyd edib ki, ötən il ərzində ARGTMŞ-ın üzvü olan 32 gənclər təşkilatının nümayəndələrinin “Erasmus+” çərçivəsində keçirilən beynəlxalq tədbirlədə iştirakı təmin olunub və Azərbaycanlı gənc “Avropa Könüllülük Xidməti” çərçivəsində 2 aylıq Bolqarıstana göndərilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbirin gənclər üçün faydasından danışıblar və onları “Avropa Könüllülük Xidməti”nin tədbir və proqramlarında fəal iştirak etməyə çağırıblar.

Tədbirin rəsmi hissəsindən sonra təlimçi Natalia Nikitina seminara başlayıb. Seminar zamanı iştirakçılara beynəlxalq könüllülük, Avropada könüllü olmağın yolları, “Avropa Könüllülük Xidməti”nin üstünlükləri, “Avropa Könüllülük Xidməti”-də maddi təminat, “Azərbaycan Könüllülük Xidməti” haqqında ətraflı məlumat verilib. Həmçinin iştirakçıların bu istiqamətdə sualları cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS ) gənclərin öz ölkələrindən fərqli ölkədə könüllülük fəaliyyətini təşkil edən beynəlxalq nüfuzlu proqramdır. Proqram çərçivəsində könüllülərin nəqliyyat, viza, qida və yaşayış xərcləri Avropa Komissiyası tərəfindən qarşılanır. Avropa Könüllülük Xdmətinin Azərbaycan Modeli olan Azərbaycan Könüllülük Xidməti də Azərbaycan gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Bu istiqamətdə proqramın Fransa, Bolqarıstan, Türkiyə, Portuqaliya, Rumıniyadan olan təşkilatlarla əməkdaşlığı mövcuddur.

Azərbaycan Könüllülük Xidməti Proqramı həmçinin 2013-cü ildən Azərbaycanda ilk dəfə olaraq ölkədə regionlararası könüllü mübadiləsini həyata keçirir. Proqramın 2014-cü il layihəsi Azərbaycanın 13 regionundan 15 Gənclər Evlərini əhatə etmişdir. Layihədə 15 könüllünün qrup rəhbərliyi etdiyi 20 könüllü, ümumilikdə 35 gənc iştirak etmişdir. Könüllülər 1 aylıq ezam olunduqları digər regionun Gənclər Evlərində qrup rəhbəri ilə birgə müxtəlif istiqamətli fəaliyyət göstərmişdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !