Fuad Muradov Şəmkir şəhər Olimpiya kompleksində gənclərlə görüşüb -

Fuad Muradov Şəmkir şəhər Olimpiya kompleksində gənclərlə görüşüb

Azərbaycan Respublika Milli Məclisinin deputatı, Böyük İpək Yolu BGİ- nin sədri Fuad Muradov Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” superturnirinin açılış mərasimində iştirak edib. Daha sonra, millət vəkili Şəmkir şəhər Olimpiya kompleksində rayon gəncləri ilə görüş keçirib. Görüşdə, millət vəkili ölkəmizdə keçirilən 1-ci Avropa Oyunlarının ölkəmiz üçün önəmindən danışıb, bu önəmli tədbir zamanı ölkəmiz haqqında yalnış fikirlərin aradan qaldırılmasında gənclərin rolunun əhəmiyyətli olduğunu qeyd edib. Gəncləri təbliğat prosesində aktiv olmağa səsləyib.
O qeyd edib ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bugün bir çox dövlətlərə nümunədir. Gənclər də görüş zamanı onları maraqlandıran sualları deputata ünvanlayıblar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !