Mixail Qusmanın Formula vlasti... və daha 65 müsahibə kitabının təqdimat mərasimi keçirilib -

Mixail Qusmanın “Formula vlasti... və daha 65 müsahibə” kitabının təqdimat mərasimi keçirilib

Moskvada TASS agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın “Formula vlasti... və daha 65 müsahibə” kitabının 3-cü cildinin təqdimat mərasimi keçirilib.

Rusiya Xarici İşlər Nazirliyində keçirilən təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Moskva Dövlət Beynəxlaq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bu ölkədə akkreditə olunmuş digər səfirlər, habelə siyasətçilər, deputatlar iştirak ediblər.

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə də dərc edilib.

Mərasimdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, MQİMO-nun rektoru Anatoli Torkunov, ABŞ-ın səfiri Con Teft, Almaniyanın səfiri Ryudiger Fon Friç çıxış ediblər.

Daha sonra çıxış edən Mixail Qusman deyib: “XXI əsrdə öz yerini tutmuş lider elə də çox deyil, lakin onların arxasında böyük və ya kiçik ölkə, onun təkrarolunmaz xalqı dayanır. Mənim üçün başlıcası budur ki, bütün bu insanlar Rusiyaya hörmət və rəğbət ifadə ediblər. Ölkəmizin ünvanına xoş və hərarətli sözlər səsləndiriblər. Yəqin ki, bu, bizim işimizin ən vacib yekunudur”.

“Formula vlasti” kitabının üçüncü cildinə dünya liderləri ilə 65 müsahibə daxil edilib. Mixail Qusman həmin müsahibələri 2010-2014-cü illər ərzində yazıb. Üçüncü cilddə Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, Yaponiyanın Baş naziri Sindzo Abe, Braziliya Prezidenti Dilma Roussef, Danimarka Kralı II Marqret və digər dövlət başçıları ilə müsahibələr dərc olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !