" Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda dəyirmi masa keçirilmişdir - FOTO

" Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda dəyirmi masa keçirilmişdir FOTO

8 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə " Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri salamlama nitqi ilə SAM-ın direktoru Fərhad Məmmədov açıq elan etmişdir.
Daha sonra Italiya Beynəlxalq Əlaqələr İnstitutunun (Istituto Affari Internazionali) direktoru Ettore Qreko çıxış etmişdir. Moderatorunun SAM-ın direktor müavini Gülşən Paşayevanın olduğu dəyirmi masada İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçiləri Nikolo Sartori və Nona Mixelidze, SAM-ın aparıcı elmi işçisi Gülmirə Rzayeva, Bakı Dövlət Universitetinin müəllimi Bəxtiyar Aslanbəyli və s. qonaqlar iştirak etmişlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !