YARAT Film Klubu -

YARAT Film Klubu

YARAT Film Klubunu açmaq ideyası YARAT təşkilatının kino peşələrini öyrənən tələbələrə və
gənc nəsil kino peşəkarlarına böyük inamından irəli gəlir. Klubu yaratmaqda məqsəd – müasir
incəsənət əsəri kimi çəkilmiş videolara və filmlərə baxıb onların qeyri-formal müzakirəsini
aparmaq üçün münasib görüş yeri təşkil etməkdir.
Ümidvarıq ki, tələbə qrupları, gənc kinematoqrafçılar və sənətsevərlər burada toplaşaraq,
onlara göstərilən əsərləri seyr edib öz aralarında təəssüratlarını bölüşəcək, eləcə də
rəssam və rejissorların iştirakı ilə qeyri-formal müzakirə, fikir mübadiləsi aparacaqlar.
Filmlərə baxış yeni YARAT Mərkəzinin müxtəlif funksiyalarla istifadə olunan zalında
keçiriləcək.
11 Aprel saat 19:00-da YARAT Film Klubunda nümayiş olunacaq Şirin Neşatın “Coşğun”,
“Sevinc”, “Şövq” və “Xəyallar və aynalar” filmləridir.

#yaratcentre

Ünvan: YARAT Müasir İncəsənət Mərkəzi
Səbail rayonu, Bayıl qəsəbəsi (Milli Bayraq meydanının yaxınlığı), Bakı, Azərbaycan.

Giriş sərbəstdir.