Modelyer Günay Mirzədən xanımlara İncəlik dəbi - FOTO

Modelyer Günay Mirzədən xanımlara “İncəlik” dəbi FOTO

Modelyer Günay Mirzə yeni kolleksiyasının fotosessiyasını təqdim edib. “İlin modelyeri” seçilən Günay xanım bu kolleksiyasını “incəlik” adlandırıb. Zövqlə və adından göründüyü kimi incə geyinən xanımlar üçün nəzərdə tutulan gecə libasları müxtəlif rəng çalarlarını təşkil edir. Günay Mirzə bildirib ki, yeni kolleksiya xanımlara eyni zamanda romantik abu-hava bəxş edəcək.
Xatırladaq ki, Günay xanım 4 ildir modelyer sənəti ilə peşəkar səviyyədə məşğul olur. O, İtaliyada İstituto Superiore məktəbində master dərəcəsinə yüksəlib. Geyimlərini İtaliyadan olan peşəkar modelyer və tənqidçilərin ixtiyarına verən Günay xanım yüksək qiymətləndirirlib.
Yaxın həftələrdə o, mövsümün yeni kolleksiyasını təqdim etməyə hazırlaşır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !