Fərrux Rəhimov: - Sosial şəbəkələrdə komandamız barədə danışılanları doğru hesab etmirəm

Fərrux Rəhimov: Sosial şəbəkələrdə komandamız barədə danışılanları doğru hesab etmirəm

“Ağsu FK” növbəti turun oyunlarına hazırlıq məşqlərini davam etdirir.

Futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən "Ağsu" klubu, ikici dövrəyə ciddi xal itkiləri ilə başlayıb. Divizionun iddialılarından hesab edilən komanda, mövsümün ilk dövrəsindən fərqli olaraq ikincı dövrədə dəfələrlə uğursuzlularla üzləşib.
Buna baxmayaraq, komandada böyük ruh yüksəkliyi var.
Məşqçi Rüfət Quliyevin yetirmələri hazırda növbəti turun oyunlarına Ağsu şəhər stadionunda hazırlıq məşqlərini davam etdirir.

Komandanın aparıcı futbolçularından olan Fərrux Rəhimov Azpress.az saytına bildirib ki, komandada hər şey qaydasındadır: "Qarşıdakı oyuna çox ciddi şəkildə hazırlaşırıq. “Bakılı”nı Ağsuda qəbul edəcəyimizə baxmayaraq, onları heç də asan rəqib hesab etmirik. Amma onlara xal vermək niyyətində deyilik. Məqsədimiz çempionatın qalan turlarında xal itirməmək və turnir cədvəlində mümkün qədər irəliləməkdir.”

Futbolçu öz komandasının ikinci dövrədə üzləşdiyi xal itkilərinə də aydınlıq gətirdi: "Heç bir məşqçi və ya futbolçu komandasının uduzmasını istəməz. Amma bu futboldur... Dünyanın ən bahalı komandaları da uduzur. Əsas odur ki, biz mübarizəni davam etiririk və rəqiblərimizdən çox da geridə qalmamışıq. "Ağsu"nun yeni yaranmasına baxmayaraq, qarşılaşmalarda özünü kifayət qədər göstərə bilir. Yeri gəmişkən, sosial şəbəkələrdə komandamız barədə danışılanları doğru hesab etmirəm. Futbol kənardan baxana asan görünə bilər, amma o, meydanda kifayət qədər çətin oyundur.”

Komandasının heyətində heç bir çətinlik olmadığını bildirən gənc futbolçu “Bakılı” ilə oyuna qələbə əzmilə çıxacaqlarını ifadə edti öz azarkeşlərini "Ağsu";ya dəstək olmağa səslədi.

Qeyd edək ki, Birinci divizionun 22-ci turunda baş tutacaq "Ağsu"-"Bakılı" qarşılaşması 3 aprel tarixində saat 15:00-da Ağsu şəhər stadionunda keçiriləcək.

Elgün Gəncimsoy 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !