Sumqayıtlılar dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsini tələb edirlər - FOTO

Sumqayıtlılar dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsini tələb edirlər FOTO

Sumqayıtda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Şəhərin Heydər Əliyevin Mərkəzində təşkil edilən anma mərasiminin iştirakçıları əvvəlcə Sumqayıtın orta məktəb şagirdlərinin “31 Mart - Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” mövzusunda çəkdikləri rəsm əsərlərinə baxıblar.
AZƏRTAC xəbər verir ki, sonra tədbir elmi praktik konfransla davam edib. Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxov mərasim iştirakçılarına tariximizin bu qanlı səhifəsi haqqında məlumat verib, ermənilər tərəfindən əsrlər boyu xalqımızın başına gətirilən müsibətləri tarixi mənbələrə əsaslanaraq, faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edənlər bu qanlı faciənin hərtərəfli tədqiq olunmasının və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, 1918-ci ilin mart ayında minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə ermənilər tərəfindən məhv edilib, evlərə od vurulub, insanlar diri-diri yandırılıb. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilən soyqırımı erməni ideologiyasının xalqımıza qarşı törətdiyi terror aktı kimi qiymətləndirilib.
Vurğulanıb ki, çirkin niyyətlərindən əl çəkməyən ermənilər sonrakı dövrlərdə də azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar, 1948-53-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarında kütləvi surətdə deportasiyasına nail oldular.
Elmi-praktik konfransda dünya dövlətlərindən və nüfuzlu beynəlxalq təşkilatlardan azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsi tələb olunub.
Sonda soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Fotolar Xaqani Əzizovundur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !