Kərim Kərimli: - XATIRLA MƏNİ!

Kərim Kərimli: XATIRLA MƏNİ!

Üzümüzə gələn həftənin 4-cü günü, aprelin 2-də ƏSƏDOV MAİS ƏSƏD OĞLUnun Xatirə günüdür.
“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş ƏSƏDOV MAİS ƏSƏD OĞLU 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Mais kənddə orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu.
1990-cı ilin may ayında hərbi xidməti başa vurub dogma kəndinə qayıtdığı zaman bütün Qarabağ kimi öz dogma kəndi Yağlıvəndin də müdafiəyə ehtiyacı vardı.
Mais də digər könüllülər kimi Vətənin müdafiəsinə qalxıb və 1993-cü il aprelin 2-də Yağlıvəndə soxulmağa çalışan düşmənə qarşı amansız və qeyri-bərabər döyüşdə şəhid olana qədər qəhrəmancasına vuruşub.
Sıravi əsgərdən batalyon komandirliuinə və baş çavuş rütbəsinədək yüksələn Mais Əsədovu döyüş dostları və həmyerliləri zarafatla “Qəmlo” deyə çağırırdılar.
Döyüş yoldaşlarının dediyinə görə Qəmlo 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir.
Təəssüf ki, bu kiçik qeyddə onun bütün fəaliyyətini işıqlandırmaq və qəhrəmanlığını tam təsvir etmək mümkün deyil.
Bu sadəcə bir xatırlatmadır.
23 yaşının tamamına 1 ay qalmış qəhrəmancasına həlak olan Mais Əsəd oğlu Əsədov Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordeniniə layiq görülmüşdür (ölümündən sonra).
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Subay idi.