Nəzrin Abbaslı "Qran Pri" mükafatını yenilədi - FOTO

Nəzrin Abbaslı "Qran Pri" mükafatını yenilədi FOTO

AZpress.AZ məlumat verir ki, 2015 ci il 20-23 mart tarixində Estoniyanin Narva şəhərində gənc musiqiçilərin növbəti beynəlxalq İ.S.Bax adına müsabiqəsi keçirilmişdir. Müsabiqədə bir çox ölkələrin müxtəlif yaş qruplari üzrə musiqiçiləri iştirak etmişdir. Müsabiqə iki nominasiya üzrə keçirilirdi-fortepiano və skripka. Yarışmada hər yaş qrupu üzrə ilk üç yer mükafatlandılırdı. Bütün yaş qruplaı üzrə ən yaxşı ifaçı üçün isə Qran Pri mükafatı təyin edilmişdi. Çox sevindirici haldır ki, bu müsabiqənin tarixində ilk dəfə təqdim olunan bu mükafata azərbaycanlı pianoçu , Bülbül adina orta ixtisas musiqi məktəbinin 10-cu sinif şagirdi Nəzrin Abbaslı layiq görüldü. Bu, gənc pianoçunun ikinci “Qran Pri” mükafatıdir. Birinci “Qran Pri” mükafatını Nəzrin 2012ci ildə Dagıstan respublikasinda keçirilən beynəlxalq musiqi festivalında qazanmışdı.
Bundan əlavə Nəzrin 2012 ci ildə Y.Haydnın anadan olmasının 280 illiyinə həsr olunmuş festivalda, həmin il keçirilən Gənc pianoçuların ikinci respublika müsabiqəsində laureat, 2013 ildə isə Ruminyanın paytaxtı Buxarest şəhərində keçirilən pianoçuların "Dinu Lipatti" 20-ci beynəlxalq müsabiqəsində diplomant, Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən ikinci respublika müsabiqəsinin isə qaliblərindən olmuşdur. 2013-cü ildə görkəmli pedaqoq və pianoçu H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər festivalında və 2014-cü ildə Bakı şəhərində keçirilən "Barokko" musiqi festivalında uğurlu çıxışına görə diplomla təltif olunmuşdur. 15 yaşlı istedadlı pianoçu respublikanin əməkdar müəllimi Adilə Rəhimovanın sinfində dərs alir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !