Neftqaztikinti Trestinin yeni inzibati binası istifadəyə verilmişdir - FOTO

“Neftqaztikinti” Trestinin yeni inzibati binası istifadəyə verilmişdir FOTO

Novruz bayramı ərəfəsində, martın 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə “Neftqaztikinti” Trestinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilmişdir.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Novruz bayramı münasibəti ilə bütün neftçiləri, o cümlədən Trestin kollektivini təbrik etmişdir. Rəmzi qırmızı lenti kəsən Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər binaya baxış keçirmiş, yaradılmış şəraitlə tanış olmuşlar. SOCAR prezidentinə məlumat verilmişdir ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilmişdir. Binanın inşasına ötən ilin yanvar ayından başlanılmışdır. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilmişdir. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunmuşdur. 8247 kvadrat metrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılmış, asfalt örtüyü salınmış, yaşıllıqlar salınmışdır.

SOCAR prezidenti Rövnəq Abdullayev yeni inzibati binada yaradılmış şəraitdən, görülmüş işlərdən razı qaldığını söyləmişdir. O, yeni binanın açılışı münasibəti ilə kollektivi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. SOCAR prezidenti Rövnəq Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !