"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı promo-videoçarxlarının çəkilişləri üçün kastinqlər başlamışdır -

"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı promo-videoçarxlarının çəkilişləri üçün kastinqlər başlamışdır

Bakıda keçiriləcək "Eurovision -2012" mahnı müsabiqəsi ilə bağlı promo-videoçarxlarının çəkilişləri üçün kastinqlər başlamışdır.
"Eurovision Mahnı Müsabiqəsi - 2012"nin işçi qrupundan AzərTAc-a bildirmişlər ki, kastinqlər yanvarın 6-da saat 10.00-dan 20.00-dək Bakı Biznes Mərkəzində keçirilir.
Bu prosesin reallaşdırılması ilə bağlı əvvəlcədən elan verilmişdir. Kastinqlərdə iştirak etmək istəyənlər Bakı Biznes Mərkəzinə gələrək burada fotoçəkilişlərdə iştirak edirlər. Rejissor və prodüser heyəti kastinqlərin nəticəsinə əsasən iştirakçıları ikinci mərhələyə dəvət edəcəkdir.
Azərbaycanda bu cür kütləvi kastinq ilk dəfə keçirilir. Məqsəd tanıtım videoçarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision-2012" mahnı müsabiqəsində hamının yaxından iştirakına imkan yaratmaqdır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !