Bakıda Azərbaycan İnvestisiya Sammiti öz işinə başlayıb -

Bakıda Azərbaycan İnvestisiya Sammiti öz işinə başlayıb

“The Economist Events” tərəfindən “Qeyri-neft sektoru real iqtisadiyyatın aparıcı sahəsidir” mövzusunda təşkil olunan tədbirdə bir sıra ölkələrin, o cümlədən Azərbaycanın hökumət nümayəndələri, iri şirkət rəhbərləri, iqtisadçı ekspertlər iştirak ediblər.
Sammitin məqsədi keçid iqtisadiyyatı olan dövlətlərin qarşısında duran əsas perspektivləri, imkanları və çağırışları müzakirə etməkdir.
“The Economist” jurnalının redaktoru Con Endryusun sədrliyi ilə keçirilən tədbir Azərbaycanın neft iqtisadiyyatının şaxələndirilməsi imkanları və bunun ölkə həyatının müxtəlif sahələrinə təsiri haqqında məruzələrlə başlayıb.
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov informasiya texnologiyalarının inkişaf trendləri və onun Azərbaycanın 2020 hədəfləri ilə bağlantısından danışaraq İKT-nin yeni əsrin əsas iqtisadi fenomeni olduğunu vurğulayıb.
Sammitdə təhsil naziri Mikayıl Cabbarov “Milli artımı təmin etmək üçün təhsil” mövzusunda məruzə edib.
Müasir dövrdə təhsil sistemi ilə işəgötürənlər arasında münasibətlərin dəyişdiyini vurğulayan nazir hazırda əsas hədəfin dövrün tələblərinə cavab verən müasir təhsil sisteminin qurulmasından ibarət olduğunu deyib. Araşdırmalar göstərir ki, sosial-iqtisadi tərəqqi inkişaf etmiş təhsil sisteminin nəticəsidir. Bu amili nəzərə alaraq ölkəmizin təhsil sistemində islahatlar aparılır, yeni layihələr həyata keçirilir.
Mikayıl Cabbarov sammit iştirakçılarına təhsil sistemindəki yeniliklər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, təhsil islahatlarının reallaşmasında əsas sənəd hesab olunan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında Fəaliyyət Planı hazırlanıb və bu ilin yanvar ayında dövlət başçısı tərəfindən təsdiq olunub. Bu plan strategiyada göstərilən hədəflərə nail olunması istiqamətində yol xəritəsidir. Artıq Təhsil Nazirliyi müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində Strategiyanın icrasına başlayıb.
Nazir məruzəsində SABAH qrupları, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı”nın nəticələri, təhsilverənlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində baş verən yeniliklər və digər məsələlər haqqında məlumat verib, fikirlərini açıqlayıb.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında dünyada baş verən iqtisadi dəyişikliklərin ölkəmiz qarşısında qoyduğu çağırışlara toxunub.
Təhsil, bank, texnologiyalar və sənaye sektorlarının aparıcı nümayəndələrinin iştirak etdiyi tədbirdə “Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı”, “Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması”, “İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması”, “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”, “İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi” və “Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması” mövzularına dair panellərdə müzakirələr aparılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !