Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Caspian Energy Forum- 2105 forumunda turizm mövzusunda çıxış etmişdir -

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Caspian Energy Forum- 2105” forumunda turizm mövzusunda çıxış etmişdir

2015-ci il mart ayının 11-də Bakıda, "Four Seasons" otelində Energetika Nazirliyinin və Caspian European Club-un dəstəyi ilə 3-cü beynəlxalq "Caspian Energy Forum- 2105" forumu keçirilmişdir. Forumun iclasında akademik Ziyad Səmədzadənin moderatorluğu ilə keçirilən paneldə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm mövzusunda çıxış etmişdir.
Ölkə iqtisadiyyatında turizmin çəkisinin ildən-ilə artdığını qeyd edən nazir qeyri-neft sektorunda prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malik olduğunu bildirmişdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən Dövlət Proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycanda turizm sənayesinin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, uğurlu əməkdaşlıqların qurulması metodları və Azərbaycan turizminin inkişafına dair əsas istiqamətlərin müəyyən edilməsi məqsədilə "2015-2024-cü illər üçün Azərbaycanda Turizmin İnkişaf Strategiyası" hazırlanmışdır. Bu sənəd Azərbaycan turizminin qeyd olunan dövr ərzində inkişafının təmin olunması məqsədilə müvafiq hədəfləri müəyyən edir və həmin hədəflərə nail olmaq üçün konkret mexanizmlərin yaradılmasını və müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Hal-hazırda Turizmin İnkişaf Strategiyası layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Tədbirdə ölkəmizdə turizmin inkişaf perspektivləri barədə müzakirələr aparılmışdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !