Fidan Elçin qızı Anzurovanın ilk fərdi sərgisi keçirilib - FOTO

Fidan Elçin qızı Anzurovanın ilk fərdi sərgisi keçirilib FOTO

 AZpress.AZ-ın məlumatına görə, 6 mart 2015-ci ildə Abşeron qalereyasında Fidan Anzurovanın ilk sərgisi keçirilib. Fidan 8 yaşından rəsmlə məşğuldur, daha çox qrafikaya, milli üsluba, mənzərə janrına üstünlük verir. Hal-hazırda ebru ilə məşğul olur. Bu illər ərzində Fidanın bir çox uğurları olmuşdur. 2011-ci ildən “Abşeron övladları” art klubun üzvüdür. 2014-cü ildən Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm stdiyasının üzvüdür. Rəsm müəliməsi Nərmin Abdullayevadır . Sərgidə 50 rəsm işi nümayiş olunur. Burada qrafika, mənzərə, ebru üzərində rəsm, milli üslubda rəsmlər və kətan üzərində işləri nümayiş olunub.
FOTOREPORTAJ: Rüstəm FARMAN

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !