Xocalıya ədalət! beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Erməni yalanına işıq sal devizi altında yürüş - FOTO

“Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Erməni yalanına işıq sal” devizi altında yürüş FOTO

25 fevral 2015-ci il tarixdə Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman idarəsi və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Erməni yalanına işıq sal” devizi altında yürüş keçirilmişdir.
1000 nəfərədək şəxsin iştirak etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən 20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış “Güllə Yağışı” abidəsinin önündən başlayaraq Milli Qəhrəmanlar abidəsinədək davam etmişdir. Yürüşdə rayonun fəal gəncləri, ziyalıları, ümumilikdə rayon ictimaiyyəti ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllüləri” də iştirak etmişdir. Rayon gəncləri Xocalıda soyqırıma məruz qalaraq dünyasını dəyişən həmvətənlərimizin adları və soyadlarının həkk olundugu lövhələri öz üzərlərində yürüş boyu daşıyaraq unutmayacaqlarına simvolizə etdilər.
Tədbir Biləcəri qəsəbəsində Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə kompozisiyanın səsləndirilməsi ilə davam etmiş, kompozisiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx səsləndirilmişdir. Daha sonra yürüş iştirakçılarının hazırladığı Qətnamə oxunmuşdur. Qətnamədə binəqədili gənclər tərəfindən bütün Azərbaycan gəncləri “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırıldı. Onların bütün dünyaya səslənərək əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması üçün həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğunu vurğulanmışdır.
Sonda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dualar oxunmuşdur. Anım mərasimi iştirakçıların Milli Qəhrəmanlar abidəsini ziyarət etməsi və abidənin önünə şamların düzülməsi ilə yekunlaşmışdır.

 

FOTO: Nəriman İsmayılov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !