İrəli İctimai Birliyi tərəfindən çəkilən Böyüməyən uşaqlar filmi təqdim olunur - VİDEO

“İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi təqdim olunur VİDEO

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İrəli” İctimai Birliyi (İB) tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi ictimaiyyətə təqdim olunub.
İctimai birlikdən AzərTAc-a bildiriblər ki, Xocalıda hər iki valideynini itirən 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.
Filmdə Xocalı haqqında, faciənin baş vermə səbəbləri haqqında məlumatlar verilir. Həmçinin soyqırımından ən çox əziyyət çəkmiş Mehdi Əliyevin müsahibəsi və son olaraq Xocalıya ədalət mesajı çatdırılır.
Bildirilib ki, film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ və digər ölkələrdə nümayiş olunacaq. Bu gün isə filmin Türkiyədə geniş auditoriyaya təqdimat mərasimi keçirilib. Mərasimdə İrəli İctimai birliyinin sədri MirHəsən Seyidov, filmin ssenari müəllifi, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı, Türkiyənin tanınan ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, “Böyüməyən uşaqlar” filmi Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilib.
Yaxın gələcəkdə filmin Almaniyada nümayişi nəzərdə tutulur. Həmçinin bu mövzuda bədii filmin çəkilməsi də planlaşdırılır.

 


***

 


“Böyüməyən uşaqlar” filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan Media İşçi qrupu tərəfindən hazırlanıb. İşçi qrupunun rəhbəri Elşad Eyvazlıdır.
Qeyd edək ki, filmin məsləhətçisi Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurası Beynəlxalq əlaqələr komissiyasının sədri, fəlsəfə doktoru Cavanşir Feyziyevdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !