Azərbaycanda yeni şotland viski brendi təqdim olunub - FOTO

Azərbaycanda yeni şotland viski brendi təqdim olunub FOTO

“William Grant & Sons Ltd.” şirkəti “Monkey Shoulder” qarışıq şotland viski brendinin təqdimatını keçirib və bununla da sözügedən içkinin Azərbaycanda rəsmi satışına start verib.

Yeni brendin təqdimatını Bakıya xüsusi dəvət olunmuş “Monkey Shoulder” və “Tullamore D.E.W.” viskilərinin və “Hendrick’s” şotland cinin (gin) MDB ölkələrində brend səfiri Aleksandr Kuznetsov keçirib. O, tədbir iştirakçılarına şotland viski və cinin zəngin tarixindən və bu içkilərin hazırlanma üsullarından məlumat verib.

Tədbir iştirakçıları səmimi və rahat mühitdə brend səfir ilə söhbət edib, həmçinin “Monkey Shoulder” və “Tullamore D.E.W.” viskiləri və “Hendrick’s cininin müxtəlif zərif yeməklərlə uyğunluğunu qiymətləndirə biliblər.

“Monkey Shoulder” yeni şotland qarışıq viski brendini təqdim edən Aleksandr bu içkinin yaşlanma prosesindən, onun növ müxtəlifliyi, dad qammasından danışıb, eyni zamanda barmen və restoran biznesinin nümayəndələrinə bacarıqların yaxşılaşdırılmasına dair bir neçə məsləhət verib.

«“Monkey Shoulder” istehsalçı tərəfindən yeni viskisevərlər nəsli üçün düşünülüb. Xüsusi dad və klassik xarakteristikaları özündə qoruyub-saxlayan yeni brend bu içki və ona qiymət verənlər haqqında stereotip anlayışlara meydan oxuyur. Biz maneələri aradan qaldırmaq və viskinin yeni həzz yolunu açmaq niyyətindəyik. Viskiyə onun dadına görə qiymət vermək lazımdır, “Monkey Shoulder” isə sarsıdıcı dada malikdir», - deyə A. Kuznetsov bildirib.

“Monkey Shoulder” viskisinin dünya bazarında kifayət qədər məhşurluğuna baxmayaraq, Azərbaycanda bu brend indiyədək rəsmi təqdim olunmayıb.

Bundan başqa, dünya miksologiyasının ustadları ilə birgə iş təcrübəsinə malik olan Aleksandr eyni zamanda peşəkar barmendir, və o, tədbir iştirakçılarına qastronomik etüdlar, viski və cindən müxtəlif kokteyllərin hazırlanması üsullarını nümayiş etdirib.

Qeyd edək ki, “Monkey Shoulder” – Speysad regionunun üç ən yaxşı zavodunun (“Glenfiddich”, “Balvenie” və “Kininvie”) mayalarından istehsal olan viskidir. Üçqat maya viskiyə zəngin dad keyfiyyəti verir və bu içki ilə nəinki yeməklərdən sonra həzz almaq, həmçinin ləziz kokteyllər hazırlamaq mümkündür. İngilis dilindən tərcümədə “Monkey Shoulder” viskisi “meymun çiyni” deməkdir. Viskinin bu cür müəmmalı adı ondan irəli gəlir ki, əvvəllər cücərmə zamanı mayanı əl ilə çevirən viski istehsalı müəssisələrinin işçiləri çiyin oynağı xəstəliyinə düçar olurdu. İçkinin adı da məhz adıçəkilən xəstəlikdən götürülüb. Lakin müasir dövrdə iş metodları dəyişib və artıq əllə heç kim işləmir. Bu gün sözügedən viski 27 çəlləkli kiçik partiyalarla hazırlanır və unikal dizayna malik olan butulkalara süzülür. Şüşə qabın üzərində əks olunmuş 3 bürünc meymun viskinin hazırlanması zamanı 3 maya komponentini simvolizə edir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !