Mavi Dəniz Fondu nun ( BlueMarineFoundation ) sədri ÇarlzKloverin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir - FOTO

“Mavi Dəniz Fondu”nun (“BlueMarineFoundation”) sədri ÇarlzKloverin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir FOTO

23 fevral tarixində Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun(“BlueMarineFoundation”) sədri ÇarlzKloverin rəhbərlik etdiyi nümayəndə heyəti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında Azərbaycana səfər etmişdir.
Səfər çərçivəsində IDEA İctimai Birliyinin Resurs Mərkəzində müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə “Mavi Dəniz Fondu”tərəfindən çəkilmiş və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan“Bir cinsin sonu” (End of theline) filminin ilk nümayişi keçirilmişdir. Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi sözügedən filmin geniş ictimaiyyət üçün nümayişini də təşkil etməyi planlaşdırır. Bu barədə müvafiq elan mətbuatda əlavə olaraq dərc olunacaqdır.
Nümayişdən sonra ÇarlzKlover və “Mavi Dəniz Fondu”nun digərəməkdaşları təmsil etdikləri təşkilatın fəaliyyəti barədə geniş məlumat vermiş, həmçinin tələbələri maraqlandıran sualları cavablandırmışlar.
Səfər zamanı Ç.KloverHeydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşmüşdür. Sözügedən görüş zamanı Xəzər dənizində ekolojivəziyyət və onun faunasının mühafizə və bərpası məsələlərimüzakirə edilmişdir. Bu xüsusda, “Mavi Dəniz Fondu”na dəniz ətraf mühitinin mühafizəsi istiqamətində görülən tədbirlər və əldə olunmuş uğurlar barədə məlumat verildi. Tərəflər əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinərazılıqlarını bildirmişlər.
“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilmişdir. Fondun missiyası2020-ci ilə qədər qoruqlar yaratmaqla, okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !