Yevlaxda tarixi sənəd imzalanıb - FOTO

Yevlaxda tarixi sənəd imzalanıb FOTO

Azərbaycanın Yevlax və Fransanın Müluz şəhərləri arasında dostluq xartiyası imzalanıb.

Fransa Respublikasının Müluz şəhərinin meri Jan Rotner, şəhərin Turizm Ofisinin Prezidenti Jan-Pyer Valter fevralın 13-də Yevlax şəhərində olublar.

Fransalı qonaqlar Yevlaxda böyük hörmətlə qarşılanıblar. Onlar şəhərlə yaxından tanış olduqdan sonra Heydər Əliyev Mərkəzində Yevlax və Fransanın Müluz şəhəri arasında dostluq xartiyasının imzalanması mərasimi keçirilib.
Sənədi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Müluz şəhərinin meri Jan Rotner imzalayıb.

Sonda isə hər iki tərəfin iştiraki ilə mətbuat konfransı keçirilib
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !