İradio Ümumdünya Radio Gününü belə qeyd etdi - FOTO

“İradio” Ümumdünya Radio Gününü belə qeyd etdi FOTO

Dünən, 13 fevral tarixində Ümumdünya Radio Günü münasibətiylə "İRƏLİ" İctimai Birliyi nəzdində fəaliyyət göstərən “İradio” “Park Bulvar” ticarət və əyləncə mərkəzində konsert proqramı ilə çıxış etdi.

Konsert proqramında məşhur müğənnilər - Mirkamil, ProMete, Məsud, Ruslan, Səmra Cəfərli, Şarm qrupu və Nara White öz maraqlı ifaları ilə çıxış etdilər. Nero rəqs qrupu da öz maraqlı rəqsləri ilə izləyicilərin marağına səbəb oldu. Eyni zamanda İradio gənclər arasında maraqlı viktorinalar təşkil edərək qaliblərə ParkCinemaya 2 nəfərlik bilet hədiyyə etdi.

Qeyd edək ki, hər il fevral ayının 13-ü BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən Ümumdünya Radio Günü kimi qeyd edilir.
13 fevral Ümumdünya Radio Günü münasibətiylə "İRƏLİ" İctimai Birliyi tərəfindən “Park Bulvar” ticarət və əyləncə mərkəzində təşkil olunacaq "Youth&Radio" tədbiri BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən rəsmi olaraq tanınıb və "World Radio Day" ilə bağlı müxtəlif ölkələrdə paralel olaraq keçirilən tədbirlər siyahısına salınıb.
Gənclərin radiosu olan “İradio”nun əsas məqsədi ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !