Gənclər Təşkilatları arasında Peyntbol idman növü üzrə çempionat keçiriləcək -

Gənclər Təşkilatları arasında Peyntbol idman növü üzrə çempionat keçiriləcək

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər təşkilatları arasında Peyntbol idman növü üzrə Çempionat keçirəcək. Qeyd edək ki, tədbirin təşkilatçılığı “İRƏLİ” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən həyata keçiriləcəkdir. Çempionatın keçirilməsində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstəkdir. Eyni zamanda gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər. Çempionatda Azərbaycan Respublikasında fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları iştirak edə bilərlər. Çempionatda gənclər təşkilatlarının nümayəndələri 6 nəfər olmaqla komanda yaradıb iştirak edə bilər. Azərbaycan Respublikasında rəsmi dövlət qeydiyyatına alınmış gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidir. Qeydiyyat formalarını dolduran komandalar məlumatları ireli@ireli.az elektron ünvanına göndərməlidirlər.

Əlaqələndirici şəxs: Azər Əmirov

Tel: (051) 719 17 77 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !