Azərbaycan Gəncləri Gününə həsr olunmuş veloyürüşdə 200 velosipedçi iştirak edib - FOTO

Azərbaycan Gəncləri Gününə həsr olunmuş veloyürüşdə 200 velosipedçi iştirak edib FOTO

“İRƏLİ” İctimai Birliyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Dövlət Bayrağı Meydanı təşkilatçılığı ilə Ümumrespublika 2 Fevral - Gənclər Günü" münasibətilə “Gənclik veloyürüşü” keçirilib.

2 fevral Ümumrespublika Gənclər günüdür. Bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Qeyd edək ki, veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasıdır.
Eyni zamanda Veloyürüşün Bakı 2015 Avropa Oyunlarının mühüm tərkib hissəsi olduğunu nəzərə alaraq, gənclər arasında bu idman növünün təbliği böyük əhəmiyyət kəsb edir.

Veloyürüşdə peşəkar və həvəskarlardan ibarət 200 velosipedçi iştirak edib.

Dövlət Bayrağı Meydanından start götürən yürüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Milli Məclisin üzvü Fuad Muradov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov da iştirak edib.

“Gənclik Veloyürüşü”nün başlanğıc nöqtəsi Dövlət Bayraq meydanı, yürüşün bitmə nöqtəsi isə Azadlıq Meydanı olub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !