İRƏLİ İctimai Birliyi İradio nu gənclərə təqdim etdi - FOTO

“İRƏLİ” İctimai Birliyi “İradio”nu gənclərə təqdim etdi FOTO

2 fevral Gənclər Günü münasibətiylə İrəli İctimai Birliyi “İradio” – Gənclərin radiosunu gənclərə təqdim etdi.
Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.
“İradio” gənclər üçün 10 yeni veriliş hazırlayıb.
İradio “İstintaq davam edir”, “Kimsən sən”, “Bənövşəyi mandarin”, “Aysberg”, “25-ci kadr”, “3 Nöqtə”, “Mənim universitetim”, “Fashion”, “Xəbər gənc”, “Karaoke vaxtı” verilişlərini siz gənclərə təqdim edəcək.
“İradio”nun ilk qonaqları Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov oldu.
“İradio”nun açılış mərasimində İrəli İctimai Birliyi tərəfindən keçirilən dil kurslarının tələbələrinə də sertifikat və hədiyyələr verildi.
Ərəb və Yapon dili kurslarının bitməsi münasibətiylə tələbələrə sertifikat, müəllimlərə isə tövsiyyə məktubu və hədiyyələr verildi. Daha sonra isə “İradionun” açılış lentini “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və açılışa qatılan qonaqlar birlikdə kəsdilər.
Qeyd edək ki, “İradio”da işləmək üçün 100-dən çox gənc müraciət edib. “İradio”-da işləmək üçün seçilən gənclərə mütəxəssizlər tərəfindən təlimlər keçirilib.
Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !