Sağlam uşaq-etibarlı gələcək! -

“Sağlam uşaq-etibarlı gələcək!”

Fiziki şəxs Adıgözəlova Fatma Ilqar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam uşaq-etibarlı gələcək!” layihəsinin icrası çərçivəsində sonuncu tədbir Yevlax rayon Bakı restoranının iclas zalında gənclər və gənc analar arasında həyata keçirilmişdir.

Layihənin məqsədi gənc analar arasında maarifləndirmə aparıb onların peyvənd və bu kimi körpə həyatı üçün vacib olan iynələrdən yayınmamasını təmin etmək, sağlam körpələr ilə sağlam gələcək qurmaqdır.

Peyvəndlərlə bağlı ölkədə ciddi bir məsələ ortaya çıxıb ki, bəzi valideynlər peyvəndlərdən qorxaraq əslində uşaqlarının gələcəyini təhlükəyə atır. Bu səbəbdən də görüşlər zamanı pediatrlar tərəfindən peyvəndlərin körpə həyatı üçün vacibliyi, erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruması gənc analara izah olunub. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər. Məhz bu yaxalanmanın qarşısını almaq üçün peyvəndlərin vurulması vacibdir. Görüşlər zamanı gənc anaların layihə çərçivəsində qoyulmuş məsələyə münasibətindən görünür ki, valideynlər peyvəndə daha rahat və ürəklə yaxınlaşırlar. Valideynlərin qorxusu olan vaksinlərin Hindistan və Çindən gətirildiyi qənaətində olan gənc analara izah olunub ki, klinikalarda istifadə edilən preparatların keyfiyətinə Səhiyyə Nazirilyi zəmanət verir. Görüşlərin sonunda “Görülən işlər nəticəsində biz nəyə nail olmuşuq” mahiyyətində qiymətləndirmə aparılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !