20 yanvar faciəsinin XXV ildönümünə həsr olunmuş sərgi keçirilmişdir - FOTO

20 yanvar faciəsinin XXV ildönümünə həsr olunmuş sərgi keçirilmişdir FOTO

Bakı şəıhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında rəsm əsərləri üzrə 20 yanvar faciəsinin XXV ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda müsabiqə keçirilmişdir.
Sərgidə 70-ə yaxın rəsm əsərlərii nümayiş etdirilmışdır. Nümayiş etdirilən 70 əsər, əsasən, qrafik janrda, müxtəlif texnikalarda işlənmişdir. Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və sair materiallardan məharətlə istifadə edərək 20 yanvar faciəsinin real görüntülərini yaratmışlar.

Tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər. Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən rəsm müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.

I yerə Əli Piriyev (Nizami rayonu), II yerə Mirəhməd Musayev (Yasamal rayonu), III yerə Fatimə Əlizadə (Xəzər rayonu) layiq görüldülər.
I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !