AZƏRBAYCAN TƏLƏBƏ ŞƏBƏKƏSİNİN (ASN) ROMA ŞƏHƏRİNDƏ KEÇİRDİYİ QEYRİ-ADİ FLƏŞ-MOB - FOTO

AZƏRBAYCAN TƏLƏBƏ ŞƏBƏKƏSİNİN (ASN) ROMA ŞƏHƏRİNDƏ KEÇİRDİYİ QEYRİ-ADİ FLƏŞ-MOB FOTO

20 Yanvar 2015-ci il tarixində Azərbaycan Tələbə Şəbəkəsi (ASN) İtaliyanın paytaxtı Roma şəhərinin mərkəzində 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş tədbir keçirib. ASN-nin Roma ofisinən verilən məlumata görə Azərbaycanın müasir tarixinə qanla həkk olunmuş 1990-cı il 20 Yanvar faciəsi həm də bütün Azərbaycanlılar üçün bir qəhrəmanlıq salnaməsidir. Bu baxımdan, Romada təhsil alan həmyerlilərimizi öz sıralarında birləşdirən ASN ailəsi belə bir tədbirin təşkil edilməsini qarşılarına məqsəd qoymuşdular.

Romadakı tədbirin təşkilatçılarından biri, ASN-in üzvü Həsən İsgəndərovun sözlərinə görə, “Son dörd ilə nəzər salanda İtalya cəmiyyətində Azərbaycan haqqında kifayət qədər məlumat olduğunu görürük və bu, Azərbaycan mədəniyyətinin təbliğatı sahəsində görülmüş işlərin nəticəsidir. Bu təbliğatın davamı olaraq bizim əsas məqsədimiz 20 Yanvar faciəsi haqdasadə avropalılara məlumat verməklə bərabər onları düşündürərək bizim qanlı tariximizlə maraqlanmalarına təkan vermək idi”- deyə Həsən İsgəndərov bildirdi.

Tədbir romalıların, eləcə də minlərlə turustin gün ərzində daha çox axın etdiyi tarixi məkanlardan biri sayılan Via Del Corso küçəsində təşkil olundu. Burada məqsəd daha çox kütləyə Azərbaycanın tarixi həqiqəti barədə məlumat vermək idi. Tədbirin təşkilatçıları küçənin üzərində iki rəsm çəkərək özünəməxsus bir formada fləş-mob nümayiş etdirdilər. Belə ki, Azərbaycanlı tələbə gənclər aypəd ekranında hava haqqında məlumatı əks etdirən 2 rəsm əsərini çəkdilər. Rəsmlərdən birində onlar 1990-cı ilin Şənbə gününü saat 00:00, hava durumunu isə “Qanlı Yağmur -170 Nəfər”kimi təsvir edərək, altından “170 nəfər Azərbaycanın müstəqilliyi uğrunda öz canlarından keçdilər” cümləsini yazdılar. İkinci şəkildə isə 2015-ci il 20 Yanvar günü Bakıda hava durumunun günəşli olduğu və 20 Yanvar hadisələrindən 25 il ötdüyü bildirilmiş, ən sonda isə “Azərbaycanın Matəm və Qürur Günü” sözləri həkk olunmuşdu. Hər iki şəklin altında isə 20 Yanvarın rəmzinə çevrilmiş tər qərənfillər düzülmüşdü.

Bu fləş-mob Via Del Corso küçəsindən keçən hər bir kəsin böyük marağına səbəb oldu. Turistlər və sıravi romalılar bir anlıq da olsa ayaq saxlayır, fotoşəkillər çəkir və fləş-mobla bağlı təşkilatçılara maraqlı suallarla müraciət edirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !