20 Yanvar hadisələrinin 25 –ci ildönümünə həsr olunmuş konfrans keçirildi -

20 Yanvar hadisələrinin 25 –ci ildönümünə həsr olunmuş konfrans keçirildi

Yanvarın 19-da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş konfrans keçirilib.
20 Yanvar hadisələrinin 25 –ci ildönümünə həsr olunmuş konfrans ilk olaraq şəhidlərin ruhunu 1dəqiqəlik sükutla yad edilməklə başlandı. Daha sonra konfransı giriş sözü ilə acan SN-nin aparat rəhbəri Z.Mustafayeva həmin qanlı hadisələrin tarixinə qısa nəzər saldı. Bildirdi ki, 25-il öncə 20 Yanvar günü xalq kütlələrinə qarşı sovet ordusunun Bakıya yeridilməsi faciyəyə səbəb olmuşdur. Həmin gün canlarından keçmiş soydaşımız, şəhidlik zirvəsinə yüksəlmiş, öz qanları ilə Azərbaycanın yeni tarixini yazmışlar. Onların əziz xatirəsi əbədi olaraq xalqımızın qan yaddaşına həkk olunmuşdur. Aparat rəhbəri öz çıxışında vurğuladı ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunda olan ilk zirvəsi, oyanış günüdür. Z.Mustafayeva qara yanvar günlərində tibb işçilərinin qəhrəmanlığı və rəşadətliyinin xəstəxanalarda, tibb məntəqələrində və döyüş yerlərində cəsarəti, bilik və gücləri ilə çalışmaları səhiyyə səhifəsində bir nümunə kimi qaldığını da xatırlatdı.
Daha sonra çıxış edən Səhiyyə Nazirliyi aparatının Yeni Azərbaycan İlk Partiya təşkilatının sədri Nurəddin Abdullayev və başqaları Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini, bu qanlı hadisənin heç zaman yaddan çıxmayacağını bildirdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !