Naxçıvan Qarnizonunun Zabitlər Evində şəhidlərimiz anılıb -

Naxçıvan Qarnizonunun Zabitlər Evində şəhidlərimiz anılıb

Naxçıvan Qarnizonunun Zabitlər Evində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Əlahiddə Ümumqoşun Ordunun zabitləri Mirqiyas Rüstəmov, Zaur Həmidov və Mənəvi-Psixoloji Təminat Şöbəsinin məsləhətçi-psixoloqu Nəriman Nəcəfov çıxış edərək Qanlı Yanvar hadisələrini bu gün Milli Qürur günü kimi qeyd edildiyindən danışdılar, bu faciəyə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğuladılar.
Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətəni tərənnnüm edən şeirlər səsləndirdilər.
Tədbirin sonunda şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda film təqdimolundu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !