20 Yanvar faciəsinin iyirmi beşinci il dönümü ilə əlaqədar tədbir - FOTO

20 Yanvar faciəsinin iyirmi beşinci il dönümü ilə əlaqədar tədbir FOTO

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar rayonda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab V.İ.İsayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin və rayonda dislokasiya olunmuş hərbi hissələrin nümayəndələri matəm musiqisi sədaları altında “Qəhrəmanlar parkı”nda əbədi məşəl önünə tər gül-çiçək qoyaraq 20 Yanvar şəhidlərinə olan ehtiramlarını bildirmişlər. Rayon İcra Hakimiyyəti başçısı aparatında davam etdirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev iştirakçılar qarşısında çıxış etdi. Tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr edilmiş “Qanlı Yanvar” filminə tamaşa etmişlər.
20 Yanvar faciəsi ilə əlaqədar saat 12 00-da rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca isə qatarlar və avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !