Britaniya mediası qanlı Yanvardan bəhs edir -

Britaniya mediası qanlı Yanvardan bəhs edir

Britaniyanın “The London Post” və “Avrupa” portalları “Azərbaycan qanlı Yanvarın 25-ci il dönümünü qeyd edir” sərlövhəli məqalə dərc ediblər.

Məqalələrdə xalqımızın qan yaddaşı olan 20 Yanvar hadisələri ətraflı təhlil edilib. Diqqətə çatdırılıb ki, kütləvi qırğın sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla xüsusi qəddarlıqla törədilib, mülki vətəndaşlar qətlə yetirilib. Bu hadisədən sonra həmin tarix Azərbaycanda və bütün dünyadakı Azərbaycan icmalarında hüzn günü olaraq qeyd edilir. Həmin hadisənin Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsinə də böyük təkan olduğu vurğulanıb.

Yazılarda, həmçinin “Human Right Watch” hüquq müdafiə təşkilatının və ABŞ-ın “The Wall Street Journal” qəzetinin qanlı hadisə haqqında mövqelərinə də yer verilib. Bildirilib ki, bu hadisə Azərbaycan xalqının müstəqillik əzmini qıra bilməyib. AzərTAc.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !