Azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi - FOTO

Azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi FOTO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikanın hər yerində olduğu kimi, Ağcabədi rayonununda da dərin hüznlə yad edilib.
Yanvarın 20-də rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, Qarabağ müharibəsi veteranları şəhidlər xiyabanına gələrək Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarları üstünə və 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə çiçək dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.
Tədbir rayon mədəniyyət evində davam etdirilib. Mərasim iştirakçıları burada təşkil edilən sərgidə məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsmlərə baxıblar.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar.
Tədbirdə ümummilli lider Heydər Əliyevin qanlı hadisələrdən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransını və 20 Yanvar faciəsini əks etdirən video-film göstərilib.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Fotomüxbir. Mais Amin (AZpress.AZ) Ağcabədi
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !