Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli fılmlər nümayiş olunur - FOTO

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli fılmlər nümayiş olunur FOTO

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirimi beşinci ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilir.
Yanvarın 15 –də Milli Qəhrəman Gültəkin Əsgərova haqqında rejissor Kəmalə Musazadənin “Gültəkin” və Milli qəhrəman Qorxmaz Eyvazov haqqında rejissor Yalçin Verdiyevin “Adına yaraşan oğul” adlı çəkdikləri sənədli filmlər Bakı Ali Neft Məktəbinin tələbələrinə təqdim olunub.
Filmlərin nümayişdən sonra, tədbirdə iştirak edən “Gültəkin” filminin rejissoru Kəmalə Musazadə, sənədli lentin çəkilişi haqda danışdı və bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını söylədi.
Bakı Ali Neft məktəbinin Tələbələr ilə iş şöbəsinin metodisti Həbibə Zakir filmərin tələbələr tərəfindən bəyənildiyini və nəzərdə tutulan digər filmlərin nümayişinə qatılacaqlarını bildirdi.
Xatırladaq ki, Nizami Kino Mərkəzində sənədli filmlərin növbəti nümayişi yanvarın 16- da və 19-da keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !