20 YANVAR ŞƏHİDLƏRİ İSTANBULDA ANILDI - FOTO

20 YANVAR ŞƏHİDLƏRİ İSTANBULDA ANILDI FOTO

20 Yanvar şəhidləri İSTAD-İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin təşkil etdiyi "Azərbaycanın Müstəqilliyə gedən yolun 20 Yanvar" mövzulu panelle anıldı. Çox sayda mötəbər qonağın qatıldığı panelə maraq böyük idi təqdimatını dərnək baş katibi Mətn Yıldırım etdiyi panel, vətən və müstəqillik uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinə görə bir dakikalı hörmət duruşu və iki ölkənin milli marşlarının oxunması başladı. Günün məna və əhəmiyyətini ifadə edərək iştirakçıları salamlayan İSTAD- sədri Səfər Karakoyunlu "20 Yanvar Azərbaycan Türklərinin 70 illik əsarətə son verdiyi gündür.20 Yanvar günü Azərbaycan türklərinin var olma yox olma günüdür. 20 yanvar günü Türk dünyasının zalım qarşısında dik dayandığı gündür. Iyirmi yanvar hadisələri Azərbaycan tarixinə qanlı bir faciə olaraq yazıldığı kimi, eyni zamanda bu tarix Azərbaycan Türklərinin milli qəhrəmanlıq günüdür. 1918-ci ildə "bir kərə yüksələn bayraq bir daha enməz" nidaları ilə qiyam qaldıran və şərqin ilk müstəqillik Xalq Respublikasını quran Azərbaycan xalqı 1990 da eyni ruh və düşüncə ilə təkrar ayağa qalxaraq tankların qarşısına qəhrəmancasına tikilmiş, haqsızlıq qarşısında vətənin müstəqilliyini bütün dünyaya eşitdirmişdir. O gün orada şəhid olan 137 Türk övladı müstəqil Azərbaycan dövlətinin təməlini atmış və güclənməsinə vəsilə olmuşlar. Bu gün bu güclü təməl qüvvətlənərək davam etməkdədir. Bu gün olduğu kimi, gələcəkdə də Azərbaycan bölgənin parlayan ulduzu olmağa davam edəcək. Bu sevinc və kədərimizi paylaşarkən Türkiyə Azərbaycan Dərnəyi olaraq Azərbaycanın müstəqilliyi və davamlılığı üçün 20 Yanvar 1990 da Bakı meydanında şəhid olan soydaşlarımızı rəhmətlə və şükranla xatırlayırıq. Ruhları şad məkanları cənnət olsun. "Dedi Daha sonra söz alan Azərbaycan İstanbul Konsulu Kenan Murtuzov 20 yanvar hadisələri ilə əlaqədar geniş malumat verərək, Türkiyə Azərbaycan arasında var olan həmrəylik və qardaşlığının sonsuza qədər sürəcəyini bidirdi. 20 yanvar hadisələri canlı şahidi Yazar kebuteri Hakverdi çox duyğulu bir çıxış edərək"70 il məcburi xidmət etdiyimiz bir dövlətin bizə saldıra bileceğini heç bir zaman təxmin etməmişdik" dedi. Panel mühazirəçiləri Anadolu Aydınlar Ocağı Ümumi Başçısı Prof. Dr. İbrahim Öztek, Aydınlar Ocağı Ümumi Başçısı Prof. Dr. Mustafa Erkal, Prof. Dr. Adil Allahverdiyev şahlanış Hərəkatı Ümumi Başçısı Murat Altun, Gürcüstan Azərbaycanlı şagirdləri təmsil Hakim Zebarlar və İSTAD Qadın qolları başçısı Nebahat Kirman günün məna və əhəmiyyətini ifadə edən danışmalar etdilər. Panel 20 Yanvar şəhidlərini izah edən fotoşəkil sərgisi və belgeselle sona çatdı. Proqram sonunda şəhidlərin ruhuna dualar oxundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !