20 Yanvar səhifəsi mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir - FOTO

20 Yanvar səhifəsi mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir FOTO

19 yanvar 2015-ci il tarixdə Bərdə şəhər Mərkəzi kitabxanasında Gənclər və İdman idarəsinin, Mədəniyyət və Turizim şöbəsinin birgə təşkilatçılığı ilə Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Etibar Hüseynova, kitabxananın baş kitabxanaçısı Fəxriyyə Quliyeva, Mərkəzi kitabxananın müdiri Almaz Zülfüqarova, 2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova, Laçın rayon Ağanus kənd tam orta məktəbin şagirdləri çıxış etmişlər. Mövzu ilə bağlı hazırlanmış videoçarx iştirakçılara təqdim olunmuşdur.
Veteran müəllim Rəşid Kazımov şəhidlərə həsr etdiyi şeiri oxumuşdur.İnkluziv komponentli günü-uzadılmış tam orta məktəbin 2-ci sinif şagirdi Cəmalə Vəlizadə şeir söyləmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !