Yanvarın 20–ci günü adlı ədəbi – bədii kompozisiya təqdim olunacaq -

“Yanvarın 20–ci günü” adlı ədəbi – bədii kompozisiya təqdim olunacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı yanvarın 19–da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakı məktəblərindən birində “Yanvarın 20–ci günü” adlı ədəbi – bədii kompozisiya ilə çıxış edəcək.

Teatrın direktor müavini, əməkdar artist Azad Məmmədov AzərTAc-a bildirib ki, ədəbi – bədii kompozisiya yanvarın 20–də isə paytaxtın Pirallahı rayonunda təqdim olunacaq.

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar hazırlanan kompozisiyada görkəmli şair və bəstəkarlarımızın əsərlərindən istifadə olunub.

Kompozisiyanın quruluşçu rejissor, əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Ədəbi – bədii kompozisiyada rolları əməkdar artist Şükufə Musayeva, aktyorlar Püstəxanım Zeynalova,

Vüsalə Məmmədzadə, Nazir Rüstəmov və başqaları ifa edəcəklər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !