AMEA Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. -

AMEA Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 AMEA Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycanın şərəfli tarixinə qırmızı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, professor Mirzə Mövsümzadə bildirib ki, qanlı 20 Yanvar faciəsindən 25 il keçməsinə baxmayaraq xalqımız həmin hadisədə canlarını qurban verən şəhidlərimizi unutmur və Vətən uğrunda öz canından keçən şəhidlərin ruhunu daim uca tutur: “Hər il milyonlarla insan heç bir məcburiyyət olunmadan, öz istəkləri ilə onların məzarını ziyarət edir”.
Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Əfsun Sucayevin “20 yanvar gənclərin gözü ilə” mövzusunda məruzəsi dinlənilib.
Ə.Sucayev Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında geniş fikirlərini bildirib. O, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən üstün tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını xüsusi qeyd edib: “Mən o zaman 11-12 yaşlı olsam da bu hadisələrin televiziya, radio izləyicilərindən biri olmuşam. Dərk etdiyim üçün o mənzərələr həmişə gözümün qarşısında canlanır. Həqiqətən də bu xalq hərəkatı idi, böyük bir mübarizə tarixi idi. Başqa sözlə, öz yurdunu qoruyan insanların tankın önündə sinəsini sipər etməsi idi. Düşünürəm ki, buna uyğun olaraq da 20 Yanvar şəhidləri yad edilməlidir”.
Şura sədri bildirib ki, məktəblərdə, universitetlərdə təhsil alan gəncliyin bu mövzuda maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən orta və ali məktəblərdə 20 yanvar dərslərinin keçilməsi təqdirəlayiq haldır.
Tədbirdə çıxış edənlər 20 Yanvar faicəsinin bizim qürur duyduğumuz gün kimi tanıdılmasının TV-lərimiz, mətbuatımız, ictimai birliklərimiz vətənpərvərlik ruhu aşılayan, mübarizəyə səsləyən əsərlərin yazılması üçün yarışmalar, müsabiqələr keçirilməsinin məqsədəuyğunluğunu bildiriblər.science.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !