20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu -

20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu

19 yanvar 2015-ci il tarixi saat 15:00-da “Park İnn” mehmanxanası “Dan Ulduzu” zalında 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda toplantı keçiriləcək.
Tədbirin əsas məqsədi 20 yanvar faciəsinin növbəti ildönümünün anılması və tarixi faktların gənclərə çatdırılmasıdır.
Tədbirdə millət vəkillərinin, dövlət orqanları nümayəndələrinin, Tələbə - gənclər təşkilatlarının, qeyri-hökümət gənclər təşkilatlarının üzvlərinin, tələbələrin və fəal gənclərin iştirakı nəzərdə tutulub.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !