YAP Samux Rayon Təşkilatında 20 yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq Heydər Əliyev verdi mövzusunda elmi-praktik konfrans keçirildi - FOTO

YAP Samux Rayon Təşkilatında “20 yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq Heydər Əliyev verdi” mövzusunda elmi-praktik konfrans keçirildi FOTO

YAP Samux Rayon Təşkilatında “20 yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq Heydər Əliyev verdi” movzusunda elmi-prektik konfrans keçirildi. Konfrans YAP Samux Rayon Təşkilatının və Samux Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə keçirilirdi. Konfransda Gənclər Birliyinin üzvləri iştirak edirdilər.Tədbir açıq elan olunduqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransda cıxış edən YAP Samux rayon təşkilatının sədri G.Bayramov “20 Yanvar” faciəsinin Azərbaycanda istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu və eyni zamanda yeni tariximizə bir qürur , məğrurluq günü kimi daxil olduğunu qeyd etdi. Natiq vurğuladı ki,bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
Daha sonra Samux Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə çıxış edərək qeyd etdi ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi . Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.Natiq qeyd etdi ki, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.
Tədbirdə iştirak edən gənclər ,20 yanvar şəhidləri ilə bağlı maraqlı xatirələr söylədilər.
Konfransın keçirilməsinin əsas məqsədi 20 yanvar faciəsinin 25-ci ildönümünün yad edilməsi, milli-mənəvi dəyərlərimizin gənclərə izah edilməsi, onlarda doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunmasından ibarət idi.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !