Almaniyanın Türingiya vilayətində yaşayan azərbaycanlılar 20 Yanvar faciəsini andılar -

Almaniyanın Türingiya vilayətində yaşayan azərbaycanlılar “20 Yanvar” faciəsini andılar

18 yanvar tarixində Almaniyanın Türingiya vilayətində yaşayan azərbaycanlılar “20 Yanvar” faciəsini andılar. Anım tədbiri “Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası” (“Thuringen Azerbaijani Students Association”) tərəfindən Almaniyanın Yena şəhərində təşkil olunmuşdur.
Tədbir “20 Yanvar” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmaqla başladı. Tədbirdə iştirak edən azərbaycanlı tələbələr “ 20 Yanvar” faciəsinin Azərbaycan tarixində tutduğu yeri müzakirə etdilər. Bu mövzuda müxtəlif fikirlər səsləndi. Eyni zamanda, tədbir iştirakçıları faciə ilə bağlı bilgi və xatirələrini paylaşdılar. Almaniyada təhsil alan azərbaycanlı tələbələrin səsləndirdikləri əsas fikir bundan ibarət oldu ki, əslində şəhidlərimiz göstərdikləri şücaətlə tariximizdə yeni bir qəhrəmanlıq səhifəsi yazıblar. Odur ki, xaricdə təhsil alan və yaşayan azərbaycanlılar olaraq hər il bir araya gələrək “20 Yanvar” şəhidlərinin əziz xatirəsini anmaq bizim mənəvi borcumuzdur deyə tədbir iştirakçıları qeyd etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !