Gərək nəbzin vətənin nəbzi ilə vursun! - FOTO

“Gərək nəbzin vətənin nəbzi ilə vursun!” FOTO

Fiziki şəxs Quliyev Musa Dadaş oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gərək nəbzin vətənin nəbzi ilə vursun!” layihəsinin icrası çərçivəsində Ucar, Yevlax, Tərtər rayonunda məktəblərdə gənclərə vətənpərvərlik mövzusunda təlimlər həyata keçirib. Belə ki, sonuncu tədbir Yevlax rayon 5 saylı orta məktəbdə keçirilib.
Torpaqlarımızın bir hissəsinin işğal altında qaldığı bir dövrdə Azərbaycan gəncliyinin düşmənə qarşı mübarizə əzminin artırılması, onun hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi günümüzün ən aktual mövzusuna çevrilməkdədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Dünyada ən şərəfli peşə vətəni, torpağı, dövləti qorumaq peşəsidir". Bu inam isə hər şeydən öncə ölkənin polad dayağı hesab edilən gənc nəslin hərbi vətənpərvərlik gücünə söykənir.
Yuxarıda qeyd olunanları nəzərə alsaq həyata keçirdiyimiz layihə olduqca davamlı layihədir. Layihə çərçivəsində çağırışçı gənclərdən ibarət könüllülər qrupu yaradılmış və onlara vətənpərvərlik mövzusunda təlimlər təşkil olunub.
Azərbaycan gəncliyinin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial müdafiəsinin, məşğulluğunun, təhsilinin təminatı, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi vətənpərvərlik ruhunun artırılması, onların kütləvi surətdə dövlət quruculuğu prosesinə cəlb edilməsi, müasir qloballaşma əsrində öz güc, bilik və bacarıq potensialını ümummilli dövlət mənafeyinə xidmətə sərf edən mütəşəkkil qüvvə kimi formalaşdırılması və digər məsələlər prioritet vəzifə kimi qarşıya qoyulmuş və keçirilmiş təlimlər zamanı gənclərə aşılanmışdır.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !