Təmiz Binəqədi – Təmiz İdeya mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib -

“Təmiz Binəqədi – Təmiz İdeya ” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Binəqədi Rayon İcra Hakimiyyəti “Təmiz Binəqədi – Təmiz İdeya ” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

AzərTAc xəbər verir ki, müsabiqənin məqsədi Bakı-2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim edilən yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Qəzetdə dərc edilən yazıda “Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-2015 Avropa Oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazılar yanvarın 14-dən 31-dək qəbul olunacaq.

Müəllif mövzuya istənilən rakursdan yanaşmaqla yaradıcı potensialını nümayiş etdirməlidir.

Yazılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !