2014-cü ildə www.icazeler.gov.az portalından 325 mindən çox istifadəçi yararlanmışdır -

2014-cü ildə www.icazeler.gov.az portalından 325 mindən çox istifadəçi yararlanmışdır

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən 2014-cü ilin dekabr ayında 9800-dən çox, indiyədək isə 325 mindən artıq internet istifadəçisi yararlanmışdır.
Dekabrda portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Özbəkistan və Hollandiyadan olan istifadəçilər də yararlanmışlar.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. Dekabr ayında portalda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 1 qanunvericilik aktının layihəsi, indiyədək isə 20 dövlət qurumunun 145 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !