İstanbulda keçirilən beynəlxalq simpoziumda qondarma erməni soyqırımı na dair həqiqətlərdən bəhs edilib -

İstanbulda keçirilən beynəlxalq simpoziumda qondarma “erməni soyqırımı”na dair həqiqətlərdən bəhs edilib

İstanbul Universitetində  “XIX və XX əsrlərdə türk - erməni əlaqələri” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, İran, ABŞ, Rusiya, Polşa və digər ölkələri təmsil edən alimlərin qondarma “erməni soyqırımı” ilə bağlı həqiqətlərdən bəhs edən çıxışları dinlənilib.

Alimlərdən Tofiq Mustafazadə, Musa Qasımlı, Xəlil Bal, Firdovsiyə Əhmədova, İradə Məmmədova, Məsumə Daei və başqaları uydurma “erməni soyqırımı” iddialarının siyasi müstəviyə gətirilməsinin səbəb və nəticələrindən, erməni millətçi dairələri və din xadimlərinin təşkilatçılığı ilə Ermənistan silahlı birləşmələrinin XX əsrin əvvəlində Osmanlı dövləti, Qafqaz bölgəsi və indiki İran ərazilərində günahsız müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı aktlarından söhbət açıblar.

Alimlər diqqətə çatdırıblar ki, hər zaman Azərbaycanda və Türkiyədə qonaqpərvər münasibət və humanistlik görən ermənilər tarixin bütün dövrlərində kənar qüvvələrin təhriki ilə xalqlarımıza qarşı xəyanət yolu tutublar.

Tarixi faktlar və arxiv sənədləri əsasında hazırlanmış məruzələrdə əsaslandırılıb ki, XX əsrin əvvəllərində ermənilərdən Osmanlı dövlətinə qarşı istifadə edən böyük dövlətlər müasir dövrdə işğalçı Ermənistandan və erməni millətçi dairələrindən Azərbaycana və Türkiyəyə qarşı siyasi alət kimi istifadə etməkdədirlər.

 

Sabir Şahtaxtı

AzərTAc

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !