Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiya iclası keçirilmişdir -

Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiya iclası keçirilmişdir

Kollegiyanın sədri Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev Kollegiyanın iclasını açıq elan etmiş və iclasın gündəliyində duran məsələlərə baxılmamışdan öncə Müstəqil Dövlətlər Birliyinin Elektroenergetika Şurasının 46-cı iclasının qərarı ilə MDB-yə üzv dövlətlərinin energetika sahəsində inteqrasiyanın inkişafında göstərdikləri xidmətlərə görə “MDB-nin əməkdar energetiki” adı almış Energetika Nazirliyinin əməkdaşlarına döş nişanı və şəhadətnamələri təqdim etmişdir. Kollegiyanın iclasında Energetika Nazirliyi Aparatının və o cümlədən Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti idarələrinin 2015-ci il üzrə iş planları təsdiqlənmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən 2014-cü ildə görülmüş işlərin yekun nəticələrinin hazırlanması və hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2015-ci il üzrə enerji balansının vaxtında hazırlanması müzakirə edilmiş və icrası üçün müvafiq göstərişlər verilmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !