İRƏLİ 6 yaşını əsgərlərlə birgə qeyd etdi - FOTO

“İRƏLİ” 6 yaşını əsgərlərlə birgə qeyd etdi FOTO

“İrəli” İctimai Birliyi 6 yaşını cəbhə xəttində yerləşən N saylı hərbi hissədə əsgərlərlə birgə qeyd edib. Birlikdən verilən məlumata görə, tədbirdə gənclər təşkilatının üzvləri, Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrə İctimai Nəzarət İctimai Birliyinin sədri Emin Həsənli, qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov əsgərlərə təşkilat haqqında məlumat verərək bildirib ki, “İrəli” yarandığı gündən indiyədək on minlərlə gənci öz ətrafında birləşdirib. O, dekabrın 24-də, təşkilatın ad günündə “İrəli”nin yeni loqosunun və koorparativ üslubunun ictimaiyyətə təqdim edildiyini xatırladıb: “Amma qərara aldıq ki, ad günümüzü cəbhə xəttində xidmət edən əsgərlərlə birgə qeyd edək. Bu gün sizlər əsgərsiniz, amma sabah millət vəkili, iş adamı və digər sahələrdə özünüzü təsdiqləmiş olacaqsınız və buna görə hər birimiz ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki təməli hələ onun dövründə qoyulan gənclər siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Lakin bizim bir əsas problemimiz var və o da Qarabağdır, işğal edilmiş ərazilərdir. Əminəm ki, qüdrətli Azərbaycan ordusu tezliklə qələbə bayrağını Şuşaya sancacaq və “İrəli” növbəti ad gününü azad olunmuş Qarabağ torpaqlarında şücaətli əsgərlərlə birgə qeyd edəcək”.

Qeyd edək ki, tədbirdə hərbi xidmət dövründə fərqlənən əsgərlərə hədiyyələr təqdim olunub. O cümlədən gənclər əsgərlərlə birgə “İrəli”nin 6 yaşı münasibətilə hazırlanmış tortu kəsiblər və rəqs ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !