ARGTMŞ Quba Soyqırımı Memorial Kompleksi – nə məlumat turu təşkil edib - FOTO

ARGTMŞ “Quba Soyqırımı Memorial Kompleksi” – nə məlumat turu təşkil edib FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkilatın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Quba rayonunda yerləşən “Quba Soyqırımı Memorial Kompleksi” – nə məlumat turu təşkil olunub
Məlumat turu Azərbaycan tarixinin gənc liderlər arasında daha dərindən mənimsənilməsi məqsədilə təşkil olunub.
Məlumat turu zamanı iştirakçılara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, həmçinin Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib. Kompleksdə iştirakçılar 1918-ci il mart hadisələrinədək Qubadakı dinc həyatı, eləcə də qırğınların miqyasını nümayiş etdirən faktlar, foto və video materiallarla tanış olublar.
Məlumat üçün qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 18 sentyabr 2013-cü il tarixində “Quba Soyqırımı Memorial Kompleksi” – nin açılışı baş tutub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !