Bu ilin xarizmatik kişi müğənnisi yeni fotosessiyasını təqdim edib - FOTO

Bu ilin xarizmatik kişi müğənnisi yeni fotosessiyasını təqdim edib FOTO

Bu ilin xarizmatik və yaraşıqlı kişi müğənnisi adı verilən Yaşar Cəlilov gələn ilin planlarını açıqlayıb. AZpress.AZ-ın məlumatına görə, o, 2015-ci ilin əvvəllərində yeni albomu, yenilənmiş saytı, yeni klipi və mahnısını təqdim edəcək. Hazırda müğənni üçüncü albomu üçün mahnılar üzərində çalışır. Musiqi toplusunda yer alacaq kompozisiyalardan biri isə yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Altay Yaşara məxsus olan mahnı “Ya bir olaq, ya iki” adlanır. Kompozisiya hazırda aranjeman edilir. Y. Cəlilov albomu və saytı üçün fərqli və maraqlı fotosessiya etdirib. Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, fotoqrafı Eldəniz Bədəlov, stilisti Elnur Həsənovdur. Fotosessiyanın bir qismini təqdim edirik:

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !