SAY: Support of Azerbaijan Youth davam edir - FOTO

“SAY: Support of Azerbaijan Youth” davam edir FOTO

“İRƏLİ” İctimai Birliyinin keçirdiyi "SAY: Support of Azerbaijan Youth” – Könüllülük Akademiyası davam edir.
Layihə “İRƏLİ” İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Əsas məqsəd beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin aktiv iştirakına stimul verməkdir.
Akademiya çərçivəsində iştirakçılar 8 komandaya bölünüb. İştirakçılar “Alov”, “Nar”, “Muğam”, “Tar”, “Xəzri”, “Xarı Bülbül”, “Buta”, “Xətai” komandalarına bölünüblər. Layihə müddətində yeni təlim modulu yaradılıb.
Akademiyanın ilk günü iştirakçılara Günel İbrahimin təqdimatında "Etika və Davranış qaydaları" master-klassı tədris olunub. Akademiyanın 2-ci günü isə iştirakçılar 4 qrupa bölünərək 4 müxtəlif təlim sessiyalarında iştirak ediblər. "Könüllülük fəaliyyəti" üzrə Əligül Ağayev, "Komanda quruculuğu" üzrə Eldəniz Əsədov, “Nitq mədəniyyəti” üzrə Malik Bağırov, “Təşkilatçılıq bacarıqları” üzrə Orxan Məmmədli təlimlər keçiblər.
Xatırladaq ki, "SAY: Support of Azerbaijan Youth” – Könüllülük Akademiyası keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimləndirilməsi və ixtisaslaşdırılması layihəsidir. Ümumilikdə layihədə 100 gənc iştirak edir.
Düşərgə formatında keçirilən layihə iki mərhələdən ibarətdir. Layihənin ilkin mərhələsində könüllüyün nə olduğu haqqında, kriteriyaları barədə suallara ətraflı cavablar çatdırılıb.
Quba rayonu da daxil olmaqla 18 rayon və şəhərdən olan gənclərin iştirak etdiyi layihə dekabrın 20-də başa çatacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !